Оставьте свой номер и мы позвоним вам!
Или Вы можете позвонить нам:
+994 55 525-16-03
Нажимая на кнопку, вы даете согласие на обработку персональных данных и соглашаетесь c политикой конфиденциальности

AKBIS Akademiyası
Şərtlər və qaydalar

ÜMUMİ MƏLUMAT
Tədrisi təqdim edən müəssisə: “AKBİS” MMC (bundan sonra Təlimçi)
VÖEN 1001260011
Hüquqi ünvan: AZ1114, Bakı şəh., Binəqədi r-nu, 6-cı mkr., 1410 keçid, ev 15/2, mən. 89

ÖDƏNİŞ ŞƏRTLƏRİ
Tələbə, əvvəlcədən hesablaşma (avans) qaydasında kursun ümumi dəyərinin 100%-ni məbləğini ödəyir.
Tələbəyə, ödənişin 100% həcmində qaytarılması aşağıdakı şərtlərlə həyata keçirilir:
- Tələbə, öz e-poçtundan sales@akbis.az e-poçtuna ödəniş geri tələbi ilə azərbaycan dilində sərbəst formada müraciət edir.
- Tələbə, tədris kursunun “Modul 0” modulunda təhsilini dayandırdı və sonrakı modulların materiallarına keçid etmədi.
Digər hallarda və digər hcəmində ödəniş qaytarılmır.

ŞƏRTLƏR VƏ QAYDALAR
Hər tədris kursu üçün, fərdi olaraq, 1 nəfər üçün giriş verilir.
Tələbəyə təqdim edilmiş video dərslərə giriş və elektron tədris vəsaiti digər hüquqi və fiziki şəxslərə Təlimçinin yazılı razılığı olmadan bütövlükdə və ya hər hansı hissəsi paylama, satıla, bağışlana və ya digər formada özgəninkiləşdirilə bilməz.

Tədris haqqında məlumat, planı, müddəti və forması “TƏDRİS PLANI”-nda (bundan sonra TP) göstərilir.
Tələbə öz öhdəsinə götürür:
- Təlimçi tərəfindən tədris xidmətinin göstərilməsi zamanı iştirak etməyi;
- Təlimçi tərəfindən nizam-intizama riayət etməyi.
- Təlimçidən bu Müqavilədə və TP-da qeyd edilməmiş xidmətlərin yerinə yetirilməsinin tələb etməməyi;
- Tədris zamanı yarana biləcək və onun üçün aydın olmayan mövzülar barəsində 2 (iki) dəfədən çox olmamaq şərtilə yenidən izahını tələb etməməyi;
- Üzürlü səbəbdən dərsdə iştirak edə bilməyəcəyi təqdirdə 1 (bir) iş günü öncədən Təlimçini xəbərdar etməyi;

Təlimçi öz öhdəsinə götürür:
- ödəniş alındıqdan sonra TP-na əsasən xidmətlərin göstərilməsinə başlanılmasını;
- Tədrisin vaxtında keçirilməsini;
- Tələbəni video dərslərə və ev tapşırıqlarına girişin təmin etməyi;
- Təlimçinin müəssisəsində xidmətlərin göstərilməsi zamanı lazımı texniki şəraitin ((texniki vasitələr (kompüter), lisenziyalar, internetə giriş, lisenziyalı proqramla buludda şəxsi iş yeri) və sanitar-gigiyenik və iqlim şəraitin yaradılmasını təmin etməyi;
- Tələbəyə TP-na uyğun olaraq xidmətlərin yüksək keyfiyyətlə göstərməyi və nəzərdə tutulan mövzüları proqram çərçivəsində vicdanla və anlaşıqlı izah etməyi;
- Tələbə tam tədris proqramını uğurla başa vurduqdan sonra Tələbəyə Sertifikatı verməyi.

Təlimçi, Tələbəni, TP-na əməl etmədiyinə, tələbələrin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə xaric etməyi hüququna malikdir.

Tədris, Təlimçinin iş vaxtı çərçivəsində*, həmçinin məsafədən (telefon, elektron poçt və ya məsafədən əlaqə qurmağa imkan verən digər vasitələrin köməyi ilə) göstərilir.
Tədris prosesinə aid olan elektron dərs vəsaitlərini, video dərslərə giriş üçün login və parolu və digər lazım olan məlumatları və sənədləri Tələbənin e-mailinə göndərir.
Tələbə, tədrisin başlanması üçün təyin olunmuş vaxtdan gec olmayaraq, dərsə qoşulmalıdır.
Tələbəyə üzürlü səbəbləri (xəstəlik, iş ezamiyyəti, ailə şəraiti və s.) nəzərə alaraq yalnız 1 (bir) dəfə dərs buraxmaq imkanı verilir.
Üzürsüz səbəbdən Tələbə 1 (bir) və daha artıq dərs buraxdığı halda Təlimçi bu kursdan birtərəfli qaydada ödənişi qaytarmadan xitam verə bilir.

* Təlimçinin iş vaxtı:
- iş günləri: bazar ertəsi – cümə
- istirahət günləri: hər həftənin bazar, şənbə günləri, rəsmi bayram günləri, Ümumxalq huzn günü və səsvermə günü
- nahar vaxtı: saat 13:00-dan saat 14:00-dəkdir (dəyişdirilə bilər)

TƏDRİSİN MÜDDƏTİ
Tədris kursunun müddəti TP-da göstərilir. Tələbə təlimi vaxtında çatdıra bilmirsə, onun sorğuna əsasən təlimin müddətini aşağıdakı şərtlərlə uzatmaq mümkündür:
1) Təlimin müddəti bitməsindən sonra ilk 2 (iki) həftə müddətinə pulsuz olaraq uzadıla bilər
2) sonrakı uzadılma - hər 2 (iki) həftə üçün 25 (iyirmi beş) AZN

Hər bir Tərəf digər Tərəfi 10 (on) təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Xəbərdarlıq verildiyi tarixdən etibarən, bu Müqaviləyə xitam verilmiş və ya onun ləğv olunduğu tarixədək Tərəflər öz öhdəliklərini bu Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər.

DİGƏR ŞƏRTLƏR
Təlimçi, təlim keçmiş Tələbələrin siyahısı, rəyləri vəya video-rəylərini reklam məqsədilə sərbəst şəkildə yerləşdirmək hüququnu özündə saxlayır.
Tərəflərdən heç biri öz öhdəklərini digər Tərəfin yazılı razılığı olmadan üçünçü şəxslərə verə bilməzlər.

Əlaqə

Tel: (+99455) 525 16 03/33
Email: sales@akbis.az
Azərbaycan, Bakı, C. Cabbarlı, 44, Caspian PLAZA III